Turkey raids ship with 276 illegal migrants on board

345

İzmir yaxınlığındakı Narlıdərə qəzasının sahilində qanunsuz miqrantların Avropaya daşınması əməliyyatına müdaxilə edilib.

“Report” AA-ya istinadən xəbər verir ki, sahilə yan alan bir gəmiyə balıqçı komasında gözləyən miqrantlar minəndə polis və Sahil Mühafizəsi əməkdaşları tərəfindən gəmi saxlanılaraq axtarış aparılıb.

Gəminın havasız bölümündə aralarında 46 qadın və 59 uşağın olduğu 276 nəfər miqrant aşkarlanıb. Həmin şəxslər Avropaya yollanmaq üçün ölkənin müxtəlif bölgələrindən gələn Əfqanıstan, İran, Suriya, Banqladeş, Mərkəzi Afrika Respublikası, Somali vətəndaşları olublar.

Əməliyyat zamanı qanunsuz miqrasiyanı təşkil edən 8 nəfər polis tərəfindən saxlanılıb.

Türkiyə xüsusilə sabitsizliyin hökm sürdüyü bəzi qonşu ölkələrdən gizli yolla Avropaya getməyə çalışanlar üçün uzun illərdir əsas tranzit bölgəsidir.