Azərbaycan Əbu-Dabi Limanlar Qrupu ilə – DANIŞIQLAR APARIB

399

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupu ilə danışıqlar aparıb.

FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb.

“Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə video formatda keçirdiyimiz görüşdə qurum ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə fikirlərimizi bölüşdük”,- Nazir bildirib.