Metanolla çalışan tankerlər inşa ediləcək

63

İsveçrənin metanol istehsalı üzrə ixtisaslaşmış “Proman” sənaye qrupu iki ədəd ikiyanacaqlı tankerin inşası üçün sifariş verib.

“Seanews.az” xəbər verir ki, Çinin gəmiqayırma zavodunda inşa ediləcək gəmilərin istismara verilməsi 2023-cü ilin sonuna planlaşdırılır.

“Proman” qrupu ümumilikdə metanolla çalışan 6 tankerin inşasını maliyyələşdirib. Qrup bu gəmilərin üçünü “Stena Bulk” şirkəti ilə müştərək istismar edəcək. Digər üç tankerin istismar hüququ tamamilə “Proman” qrupuna aid olacaq.

Enerji səmərəliliyi texnologiyaları ilə təchiz olunacaq gəmilər kimyəvi yüklərin və neft məhsullarının daşınması üçün istismar ediləcəklər.

Hər bir tanker ildə orta hesabla 12.5 min ton metanol sərf edəcək.